Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Universitetinin tələbələri “Periferik genişlənmə” sərgisində (FOTO)

news photo

20.11.2019 15:55 // Təhsil

Azərbaycan Universitetinin bir qrup tələbəsi YARAT Müasir İncəsənət Mərkəzinin “Artım” Layihə Məkanında ekskursiyada olub.

Universitetdən Youthportal.az-a bildirilib ki, burada “Periferik genişlənmə” sərgisi ilə tanış olan tələbələr məkan bələdçisinin sərgi ilə bağlı mühazirəsindən sonra 4 qrupa bölünərək yaradıcı tapşırıq icra ediblər.

Onlar qısa müddət ərzində urbanizasiya, qida israfı, dinli konflikt və korrupsiya kimi problemlərin yaratdığı çətinliklər və həll yolları haqqında təqdimat hazırlayıblar. Yaradıcı tapşırıqların mövzuları təsadüfi seçim əsasında müəyyənləşdirilib.

“Periferik genişlənmə” – həyatın ən az diqqət yetirilən, laqeyd yanaşılan və “yuxarıdan aşağı baxılan” aspektlərinə işıq salan silsilə əsərlər vasitəsilə əsas və periferik dixotomiya (haçalanma) paradoksunu araşdıran rəssamlar qrupunu bir araya gətirir. Qrup sərgisi rəssamlar Aydan İsmayılova, Cavid Qurbanov, Emin Mathers, Luçiana Ohira və Serсio Bonilha, Səbinə Əliyeva, Tural Rəhmanlı, Vüsal Rzasoy və “Calembour”, “Kekalove”, “22” kollektivlərinin əsərlərindən ibarətdir.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Auditorlar Palatası imtahan keçirəcək

Məktəbdən peşəyə (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi