Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Universitetinin tələbələri “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında uğurlu nəticə qazanıblar

news photo

14.11.2019 13:23 // Təhsil

Azərbaycan Universitetinin tələbələri Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışında iştirak ediblər.

Universitetdən Youthportal.az-a bildirilib ki, ali məktəbin komandası bilik yarışını ilk onluqda – doqquzuncu yerdə başa vurub.

Xatırladaq ki, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihədə bu il 49 ali təhsil müəssisəsinin komandası iştirak edib. Bilik yarışında suallar ulu öndər Heydər Əliyevin irsini, Azərbaycan tarixinin mühüm dövr və hadisələrini əhatə edib. Münsiflər heyətində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun nümayəndələri təmsil olunublar. 2014-cü ildən etibarən hər il həyata keçirilən layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndərin irsinin yaşadılması və gənclər arasında təbliği, eyni zamanda, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədini daşıyır.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi