Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Universitetinin “İpək yolu” elmi jurnalının yeni nömrəsi Nəsimiyə həsr olunub

news photo

16.06.2019 11:26 // Təhsil

Azərbaycan Universitetinin “İpək yolu” elmi jurnalının 2019-cu il üçün ikinci nömrəsi çapdan çıxıb.

Universitetdən Youthportal.az-a bildirilib ki, jurnalın bu nömrəsi Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan olunması ilə əlaqədar dahi şair və mütəfəkkir İmadəddin Nəsimiyə həsr olunub.

Xüsusi buraxılışın “Nəsimi-650” bölməsində AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Nəsimi qrupunun rəhbəri Səadət Şıxıyevanın “Poetik və irfani təxəyyül işığında Nəsimi şəxsiyyətinə baxış şəkilləri”, Azərbaycan Universitetinin İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyevin “İmadəddin Nəsimi və hürufilik hərəkatı”, həmin kafedranın müəllimi Məhəmməd Əliyevin “Nəsimi yaradıcılığına yeni baxış” və universitetin Tədris şöbəsinin müdiri Tariyel Qəninin “İmadəddin Nəsiminin dini-fəlsəfi, ədəbi-mədəni dünyagörüşünün ümumi aspektləri” məqalələri yer alır.

Oxucular jurnalın iqtisad elmləri və filologiya elmləri bölmələrində isə qeyd olunmuş sahələri əhatə edən tədqiqatların nəticələrinin əks olunduğu məqalələrlə tanış ola bilərlər.

“İpək yolu” jurnalının yeni nömrəsini Azərbaycan Universitetinin saytında onlayn oxumaq da mümkündür. Müəlliflər təlimata uyğun hazırlanmış məqalələri ipek.yolu@au.edu.az elektron ünvanına göndərə bilərlər. İldə dörd dəfə nəşr olunan jurnal Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxildir.

Jurnal E-library - РИНЦ (Rusiya), Academic Keys (USA), ResearchBib - Academic Resource Index (Japan), Scientific Indexing Services - SIS (USA), Directory of Research Journals Indexing (India), Advanced Science Index - ASI (Germany), Root Indexing - Journal Abstracting and Indexing Service (India), Eurasian Scientific Journal Index - ESJI (Russia), Science Library Index (Australia), JI Factor (USA) beynəlxalq indeksləmə bazalarına da daxil edilib.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi