Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə Türkiyədə beynəlxalq simpozium keçiriləcək

news photo

19.06.2019 16:00 // Təhsil

Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə Türkiyədə növbəti beynəlxalq tədbir keçiriləcək.

Universitetdən Youthportal.az-a bildirilib ki, dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yubileyinə həsr olunan “Təsəvvüf araşdırmaları beynəlxalq simpoziumu: Nəsimi-650” tədbirinin digər həmtəşkilatçıları Azərbaycan Respublikası Təhsil Cəmiyyəti və Türkiyənin Nevşehir Hacı Bektaş Veli Universitetidir. Simpozium sentyabrın 9-dan 11-dək Türkiyənin məşhur turizm mərkəzlərindən Kapadokiyada keçiriləcək.

Tədbir Azərbaycan Universitetində tədqiqatyönümlü ali təhsil müəssisəsi statusuna nail olunması və onun beynəlxalq elmi nüfuzunun artırılması istiqamətində görülən işlərin tərkib hissəsi olaraq, eyni zamanda, Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan olunması ilə əlaqədar ali məktəbin tədbirlər planına uyğun təşkil olunur.

Simpozium türk dünyasında təsəvvüf fəlsəfəsi, təsəvvüfün tarixi, klassik ədəbi dil və bədii ədəbiyyatın inkişafında təsəvvüf şairlərinin yeri və rolunun müəyyənləşdirilməsi, ümumtürk elm aləmində təsəvvüf ədəbiyyatı ilə bağlı araşdırmalar aparan elm adamlarını bir yerə toplamaq, onların arasında fikir mübadiləsini təmin etmək, yeni elmi tədqiqat və mübahisələrə zəmin yaratmaq, eyni zamanda, təsəvvüflə bağlı elmi ədəbiyyatın keyfiyyətcə zənginləşməsini təmin etmək məqsədilə keçirilir.

Dil, ədəbiyyat, tarix, mədəniyyət, fəlsəfə, təhsil sahələrində türk dünyasını maraqlandıran aktual məsələlərin müzakirəsi, yeni elmi araşdırma istiqamətlərinin müəyyənləşdirilməsi, fikir mübadiləsi və türk xalqları arasında keçiriləcək müştərək layihələrə zəmin hazırlanması kimi müxtəlif istiqamətdə işlər aparılması da beynəlxalq tədbirin məqsədləri sırasındadır.

Daha ətraflı məlumat Azərbaycan Universitetinin saytında yerləşdirilib: http://au.edu.az/az/material/783/turkiyede-azerbaycan-universitetinin-hemteskilatciligi-ile-beynelxalq-simpozium-kecirilecek

Digər xəbərlər

Xəbər lenti

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi