Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Universitetinin “Çağlayan” jurnalının altıncı nömrəsində...

news photo

18.09.2019 17:41 // Təhsil

Azərbaycan Universitetinin ildə iki dəfə nəşr olunan korporativ icmal jurnalı “Çağlayan”ın altıncı nömrəsi çapdan çıxıb. Jurnal universitetin son 6 aydakı fəaliyyətini əhatə edir.

Universitetdən Youthportal.az-a bildirilib ki, “Çağlayan” ali məktəbin həyatının müxtəlif məqamlarını və elmi fəaliyyəti əks etdirməklə yanaşı, özəl rubrika və müsahibələr də təqdim edir. Oxucular bu nömrədə filologiya üzrə elmlər doktoru, professor Qorxmaz Quliyevin maraqlı müsahibəsi il tanış olacaqlar. Müsahibədə qloballaşmanın Azərbaycan ədəbiyyatına təsiri, ədəbi prosesin struktur xüsusiyyəti, ölkəmizdə Qərb ədəbiyyatının tədrisi, müasir ədəbi-bədii fikrin əsas problemləri kimi məsələlərə aydınlıq gətirilir.

“Milli-mədəni irsimiz” səhifəsində Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun Herbari laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Pərvanə Qaraxani Xarı bülbül çiçəyi haqqında məlumat verir.

“Məzunlarımız” səhifəsində Azərbaycan Universitetinin məzunları Orxan Aslanlı, Sevinc Eyvazova, İntiqam Yaşar və Məltəm Cahangirzadənin uğur hekayələri ilə tanış olmaq mümkündür.

Jurnal elektron formada Azərbaycan Universitetinin saytında da yerləşdirilib.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi