Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Universitetində Qorxmaz Quliyevin tərcüməsində Mişel Fukonun “Sözlər və nəsnələr” kitabının təqdimatı olub (FOTO)

news photo

09.12.2019 11:30 // Təhsil

Azərbaycan Universitetinin professoru Qorxmaz Quliyevin orijinaldan tərcümə etdiyi Mişel Fukonun “Sözlər və nəsnələr” kitabının təqdimatı keçirilib.

Azərbaycan Universitetindən Youthportal.az-a verilən məlumata görə, Azərbaycan dili və ədəbiyyat kafedrası tərəfindən təşkil olunan tədbirdə kafedranın professor-müəllim heyəti ilə yanaşı qonaqlar və media nümayəndələri iştirak edib.

Tədbirdə kafedranın müdiri Ülviyyə Rəhimova tərcümə kitabın ərsəyə gəlməsi ilə bağlı görülən işlər haqqında məlumat verib və əməyi keçənlərə təşəkkür edib.

Professor Qorxmaz Quliyev çıxışında kitabın tərcümə olunmasının ideyası və tarixçəsi, o cümlədən Mişel Fukoya müraciət etməsinin səbəbləri haqqında danışıb. Qorxmaz Quliyev qeyd edib ki, XX-XXI əsrlərin humanitar fikir tarixində böyük yeri olan Mişel Fuko insanı düşünməyə vadar edən mütəfəkkirlərdəndir və yeni ideyaların mənbəyi kimi çıxış edir. Fransız filosof oxucunun intellektual və emosional təşəkkülünə virtual təsir göstərərək insanın mahiyyətini üzə çıxarmağa qabildir.

Tənqidçi, ədəbiyyatşünas və tərcüməçi Cavanşir Yusifli kitabin ədəbi-elmi ictimaiyyət üçün böyük dəyər olduğunu bildirib və filoloji təfəkkürün formalaşmasında mühüm rol oynayan əsərlərin Azərbaycan dilində oxunmasının əhəmiyyətini vurğulayaraq qeyd edib ki, Fuko filoloq üçün hər şeydən əvvəl filologiyanın dilini öyrənməyə şərait yaradır.

Tədbirin qonağı, ədəbiyyatşünas alim, professor Bədirxan Əhmədov tərcümə kitabın Azərbaycanın ədəbi və elmi ictimaiyyəti üçün böyük hadisə və yeni mərhələ olduğunu qeyd edib. Bədirxan Əhmədov bldirib ki, Azərbaycan dili və ədəbiyyat kafedrası tərəfindən indiyə qədər hazırlanan kitablar və görülən işlər onu deməyə əsas verir ki, ölkədə yeni ədəbiyyatşünaslıq üzrə məktəb məhz Azərbaycan Universitetində yaranır.

Kafedranın professoru Asif Hacıyev dünya fəlsəfi-filoloji fikrinin klassik əsərlərinin Azərbaycan dilinə tərcüməsində müşahidə olunan qüsurlar haqqında danışıb. Asif Hacıyev bu tipli əsərlərin orijinaldan tərcüməsinin olduqca vacib məsələ oldğunu vurğulayıb və böyük ədəbi hadisəyə imza atdığı üçün Qorxmaz Quliyevə təşəkkür edib.

Qeyd edək ki, təqdimatı keçirilən kitab fransız filosofun Azərbaycan oxucusu ilə ilk görüşüdür. Ərsəyə gəldiyi gündən etibarən ətrafında indinin özündə də qızğın mübahisələrin səngimək bilmədiyi “Sözlər və nəsnələr” əsəri XX əsr ictimai-humanitar fikrinin inkişafında mühüm rol oynayıb.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlandı

Monqolustan Çinlə sərhədi bağladı

Fotoqraflar üçün növbəti müsabiqə...

Atəşkəs rejimi 24 dəfə pozulub

Atəşkəs rejimi 22 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi