Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Universiteti Xarkov Milli Radio Elektronika Universiteti ilə əməkdaşlığa başlayır

news photo

24.06.2019 14:45 // Təhsil

Azərbaycan Universiteti ilə Ukraynanın Xarkov Milli Radio Elektronika Universiteti arasında anlaşma memorandumu imzalanıb. 

Azərbaycan Universitetindən Youthportal.az-a bildirilib ki, sənəd ali təhsil müəssisələri arasında qarşılıqlı maraq doğuran sahələrdə çoxşaxəli əməkdaşlığa zəmin yaradır.

Memorandumda birgə layihələrin həyata keçirilməsi, ikili diplom proqramlarının yaradılması, birgə laboratoriya və tədris mərkəzinin qurulması, Azərbaycan Universiteti tələbələrinin Xarkov Milli Radio Elektronika Universitetində təhsil almaları və başqa bu kimi məsələlər öz əksini tapıb.

İmzalanma mərasimində Xarkov Milli Radio Elektronika Universitetinin rektoru, professor Valeri Semenes, beynəlxalq əlaqələr üzrə prorektor Murad Omarov, Kompüter mühəndisliyi fakültəsinin dekanı Aleksey Lyasenko, Sistemotexnika kafedrasının müdiri İqor Qrebennik iştirak ediblər. Azərbaycan Universitetini mərasimdə İnformasiya–kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev təmsil edib.

Tədbirdə qeyd edilib ki, beynəlxalq əlaqələrin genişləndirilməsi, bakalavriat və magistratura pillələrində ikili diplom proqramlarının həyata keçirilməsi hər iki universitetin strateji hədəfləri sırasındadır. Universitetlərin profili, eləcə də fəaliyyət istiqamətləri tərəflər arasında əməkdaşlığın səmərəli olmasına imkan yaradır.

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi