Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Universiteti və Çexiya Hərbi Universitetinin əməkdaşları birgə tədqiqat işini yekunlaşdırıb

news photo

16.10.2019 15:20 // Təhsil

Azərbaycan Universitetinin beynəlmiləlləşməsi və beynəlxalq imicinin formalaşdırılması istiqamətində aparılan çoxşaxəli işlərin tərkib hissəsi olaraq dünyanın qabaqcıl ali məktəbləri ilə elm və tədris sahəsində əlaqələrin inkişafına xüsusi diqqət yetirilir, qarşılıqlı faydalı əməkdaşlıq qurulur. Görülən işlərin bariz nümunələrindən biri Azərbaycan Universiteti və Çex Respublikasının Praqa şəhərində yerləşən Hərbi Universitetin əməkdaşlarından ibarət birgə tədqiqat qrupunun yaradılmasıdır.

Azərbaycan Universitetindən Youthportal.az-a bildirilib ki, ilyarım ərzində fəaliyyət göstərən tədqiqat qrupuna ali məktəbin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov, Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva, İnformasiya–kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, Riyaziyyat və informatika fakültəsinin dosenti Bəhrəm Əzizov, Praqa Hərbi Universitetindən isə Michal Smerek, Veronika Lacinova daxildir.

Tədqiqat qrupunun ekspert sistemlərinin və qeyri-səlis nəzəriyyənin logistikada yüklərin daşınması riskinin qiymətləndirilməsinə tətbiqi (Application of Decision-Making Expert Systems in Transportation) ilə bağlı apardığı araşdırmanın nəticəsi “Naše More-International Journal of Maritime & Technology” jurnalında elmi məqalə kimi dərc olunub. Xorvatiyada çap olunan jurnal “Web of Science” bazasında indekslənir.

Qarşılıqlı razılaşma əsasında tədqiqatların gələcəkdə də davam və inkişaf etdirilməsi və bu qrupa digər elmi mərkəzlərin alimlərinin də cəlb olunması nəzərdə tutulur.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

İlahiyyat İnstitutunda seminar(FOTO)

“Məktəb seminarları” davam edir

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi