Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Universiteti təhsil sərgisində iştirak edəcək

news photo

06.08.2019 14:12 // Təhsil

Azərbaycan Universiteti oktyabrın 10-dan 12-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 13-cü Beynəlxalq Təhsil Sərgisində iştirak edəcək.

Universitetdən Youthportal.az-a bildirilib ki, ziyarətçilərə tədris olunan ixtisaslar, bu ali məktəbin beynəlxalq əlaqələri, tələbələr üçün xaricdə təhsil imkanları, mübadilə proqramları, təqaüd proqramları, son bir il ərzində əldə olunan nailiyyətlər haqqında məlumat veriləcək, həmçinin tələbələrin hazırladıqları robot və elektronika cihazları nümayiş ediləcək. Sərgiyə hazırlıq davam edir.

Azərbaycan Beynəlxalq Təhsil Sərgisi ölkəmizdə müvafiq sahə üzrə ən mühüm tədbirdir, peşəkar ünsiyyət və təhsil layihələrinin həyata keçirilməsi üçün səmərəli platformadır. 2018-ci ildə sərgidə dünyanın 12 ölkəsindən 135 şirkət iştirak edib, 11 min 808 ziyarətçi ekspozisiya ilə tanış olub. Azərbaycan Universiteti ötənilki sərgidə də uğurla təmsil olunub.

Digər xəbərlər

Xəbər lenti

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Yüksək balla Aİİ-ni seçdi

Atəşkəs 20 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi