Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Universiteti Polşanın WSB Universiteti ilə əməkdaşlığı genişləndirir (FOTO)

news photo

08.02.2019 14:46 // Təhsil

Azərbaycan Universiteti Polşanın tərəfdaş WSB Universiteti ilə əməkdaşlığı genişləndirir.

Universitetdən Youthportal.az-a bildirilib ki, WSB Universitetinin ölkəmizə səfərə gəlmiş nümayəndə heyəti – beynəlxalq əlaqələr üzrə prorektor Rafal Rebilas və beynəlxalq əlaqələr şöbəsinin müdiri Pavel Urgacz bu məqsədlə Azərbaycan Universitetinin prorektoru Yusif Qasımovla görüşüb.

Görüşdə ali təhsil müəssisələri arasında yeni əməkdaşlıq sahələri müəyyənləşdirilib və təfərrüatlar müzakirə olunub. Əsas diqqət isə beynəlxalq ikili diplom proqramlarının yaradılmasına yönəlib. Bu istiqamətdə əməkdaşlıq həm bakalavriat, həm də magistratura pilləsini əhatə edəcək. Bildirilib ki, təhsil sahəsindəki müasir çağırışlar ikili diplom proqramlarının tətbiqini zəruriləşdirir. Bu səbəbdən hər iki universitet beynəlxalq rəqabətliliyin artırılması məsələsinə xüsusi əhəmiyyət verir.

Görüşdə elmi işlər üzrə prorektor Yusif Qasımovla yanaşı, biznes və iqtisadiyyat fakültəsinin dekanı Əli Həsənov, informasiya – kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov da iştirak edib.

Qeyd edək ki, universitetlər arasındakı tərəfdaşlıq əlaqələri IV Avropa İqtisadi Konqresinin (European Congress on Economic Issues) təşkili ilə bağlıdır. Ötən ilin noyabr ayında Türkiyədə keçirilən nüfuzlu beynəlxalq tədbirin həmtəşkilatçıları Türkiyənin Kocaeli Universiteti, Azərbaycan Universiteti və Polşanın WSB Universitetidir. Bu seriyadan olan 5-ci konqres də həmin universitetlərin birgə təşkilatçılığı ilə aprelin 25-27-də Azərbaycan Universitetində keçiriləcək.

Digər tərəfdən Avropa Birliyinin “Erasmus+” proqramına Azərbaycan və WSB universitetləri tərəfindən birgə layihə də təqdim olunub.

WSB Polşanın ən böyük özəl universitetlərindən biridir. 12 min tələbəsi olan universitet dünyanın 40-dan çox ölkəsinin ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Koroğlu” operası nümayiş olunacaq

DİM abituriyentlərə müraciət edib

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi