Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Universiteti “BİR” Tələbə-Könüllü Proqramına qoşulub (FOTO)

news photo

18.11.2019 18:37 // Təhsil

Azərbaycan Universitetində Təhsil Nazirliyinin “BİR” Tələbə-Könüllü proqramının təqdimatı keçirilib.

Universitetdən Youthportal.az-a verilən məlumata görə, tədbirdə iştirakçılara proqram haqqında məlumat verilib, proqramın və tələbə-könüllülərin fəaliyyətini əks etdirən videoçarxlar nümayiş etdirilib.

Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov qeyd edib ki, dinamik iqtisadi inkişaf tempi və uğurları ilə dünyanın diqqətini cəlb edən Azərbaycan idman sahəsində mühüm yarışlar, beynəlxalq humanitar forumlar, konfranslar, mədəni tədbirlərə yüksək səviyyədə ev sahibliyi edərək təşkilatçılığı ilə də adından bəhs etdirir, öz gücünü nümayiş etdirir. Ölkəmizin bu sahələrdə beynəlxalq platformaya çevrilməsi gənclərə fərdi bacarıqlarını inkişaf etdirməyə geniş imkanlar yaradır, genişmiqyaslı tədbirlərin təşkilində və həyata keçirilməsində tələbə könüllülər mühüm rol oynayırlar.

“BİR” Tələbə-Könüllü proqramının rəhbəri Canoğlan İlyasov proqramın yaranma tarixi, uğurları, fəaliyyət istiqamətləri, tələbələrə qazandırdığı imkanlardan danışıb, və qeydiyyat qaydaları haqqında məlumat verib. Canoğlan İlyasov bildirib ki, proqram 2015-ci ildə keçirilmiş Avropa Oyunlarından sonra cənab Prezident İlham Əliyevin sərəncamına əsasən könüllü hərəkatının institutlaşması istiqamətində vahid tələbə könüllü bazasının yaradılması, könüllü tələbələrlə işin təşkilinin sistemləşdirilməsi, tələbələrin könüllü fəaliyyətlə məşğul olmalarının stimullaşdırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən 2015-ci il dekabrın 14-də yaradılıb. Milli könüllü platforması kimi 25 mindən çox tələbə-könüllünü əhatə edən layihə 11 regionda 40-dan çox təhsil müəssisəsini birləşdirir. 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 500-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib.

Tədbirdə qeyd olunub ki, Azərbaycanda könüllülük sahəsində ilk dəfə həyata keçirilən “Elektron könüllü portalı” proqram tərəfindən yaradılıb. Bu sistem vasitəsilə hər bir tələbə-könüllünün iştirak etdiyi tədbirlərin sertifikatı www.konullu.edu.az saytındakı hesabında yerləşdirilir. Portal tələbə könülüllərə elekton əmək kitabçası da verir. Proqrama qoşulmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçərək fəal tələbə-könüllülərdən ola bilərlər.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi