Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Turizm və Menecment Universitetində əlaçı tələbələr mükafatlandırılıb (FOTO)

news photo

18.03.2019 14:05 // Təhsil

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2018/2019-cu tədris ili üzrə qış imtahan sessiyasını uğurla başa vuran tələbələrlə görüş keçirilib.

ATMU-dan Youthportal.az-a bildirilib ki, rektor İlham Mədətov turizm və qonaqpərvərlik fakültəsinin tələbələrinin qış imtahan sessiyasını uğurla başa vurduqlarını yüksək dəyərləndirib. Qeyd edib ki, turizm üzrə gələcəyin mütəxəssisləri müəllim və valideynlərinin əməyini itirməyib, təhsildə müəyyən uğurlara imza atıblar. Onlar gələcəkdə bu sahənin peşəkarı kimi ölkədə turizmin inkişafına öz töhfələrini verəcəklər.

Rektor tələbələrin təhsil sahəsindəki uğurlarını nəzərə alaraq onları təşəkkürnamə ilə mükafatlandırıb.

Görüşdə ali təhsil müəssisəsinin fəaliyyətini şərtləndirən keyfiyyət göstəricilərinə nail olunmasından, son illərdə əldə edilən nailiyyətlərdən söz açılıb. Həmçinin qarşıdakı illərdə yüksək təhsil nəticələrinin qazanılması istiqamətində planlaşdırılan vəzifələrə dair geniş fikir mübadiləsi aparılıb.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi