Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Turizm Bürosu Rusiyada silsilə təqdimatlar keçirəcək

news photo

22.08.2019 11:31 // Cəmiyyət

Avqustun 27-dən 29-dək Azərbaycan Turizm Bürosu Rusiya Federasiyasının Yekaterinburq, Moskva və Kazan şəhərlərində silsilə təqdimatlar keçirəcək.

Dövlət Turizm Agentliyindən Youthportal.az-a bildirilib ki, tədbirdə 3-ü hotel olmaqla, Azərbaycandan 10, Rusiyadan 100-ə yaxın turizm şirkəti iştirak edəcək.

Müxtəlif turizm istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) xarakterli görüşlər baş tutacaq.

Görüşlər zamanı əməkdaşlıq imkanları müzakirə olunacaq və gələcək tərəfdaşlıq üçün qarşılıqlı fikir mübadiləsi aparılacaq.

 

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi