Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan triatlonçusu sprint üzrə Avropa çempionatında bürünc medal qazanıb

news photo

29.07.2019 15:32 // İdman

Triatlon üzrə Azərbaycan millisinin üzvü Rostislav Pevtsov Kazanda keçirilən sprint üzrə Avropa çempionatında bürünc medal qazanıb.

Youthportal.az xəbər verir ki, bu, cari mövsümdə R.Pevtsovun artıq üçüncü medalıdır. İdmançımız Pontevedra şəhərində keçirilən akvatlon üzrə dünya çempionatında qızıl medal qazanıb. Daha sonra təmsilçimiz Avropa kuboku yarışlarında ikinci olub.

Hazırda Azərbaycan təmsilçisi “Tokio 2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün mübarizə aparır. Bu baxımdan Kazanda sprint üzrə Avropa çempionatı müəyyən mənada 2020-cı ilin Olimpiya Oyunlarına hazırlıq olub.

Qadınların mübarizəsində isə komandamızın üzvü Kseniya Levkovskaya 6-cı olub.

Digər xəbərlər

Xəbər lenti

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Yüksək balla Aİİ-ni seçdi

Atəşkəs 20 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi