Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan triatlonçusu Avropa Kubokunun qalibi olub

news photo

21.10.2019 11:58 // İdman

Azərbaycanın triatlon yığmasının üzvü Rostislav PevtsovPortuqaliyanın Funşal şəhərində təşkil olunan sprint üzrə Avropa Kubokunun qalibi olub.

Youthportal.az xəbər verir ki, 32 yaşlı idmançı 58 nəfərin mübarizə apardığı yarışı 52 dəqiqə nəticə ilə başa vurub. Pevtsov 750 metrlik su məsafəsini 8 dəqiqə 57 saniyəyə qət edib. Ardınca 20 kilometrlik velodistansiyanı 27 dəqiqə 09 saniyəyə başa vurub. Nəhayət, yarışların sonuncu mərhələsi - 5 kilometrlik qaçış zolağını Rostislav 14 dəqiqə 56 saniyə nəticə ilə tamamlayıb.

Qadınların mübarizəsində isə millinin üzvü Kseniya Levkovskaya 1 saat 2 dəqiqə 47 saniyəlik nəticə ilə 10-cu olub.

Qeyd edək ki, hər iki idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün təsnifat turnirlərində iştirak edirlər. Onlar dünya və Avropa çempionatları, dünya və Avropa Kuboku yarışları da daxil olmaqla çıxış etdikləri bütün turnirlərdə lisenziya xalları toplayırlar.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi