Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan triatlonçusu Avropa çempionatında dördüncü olub

news photo

03.06.2019 11:14 // İdman

Triatlon üzrə Azərbaycanın yığmasının üzvü Rostislav Pevtsov Hollandiyanın Veert şəhərində keçirilən Avropa çempionatında dördüncü yeri tutub.

Azərbaycan Triatlon Federasiyasından Youthportal.az-a bildiriblər ki, R.Pevtsov 1500 metrlik su məsafəsini 16 dəqiqə 13 saniyəyə başa vurub. Ardınca 40 kilometrlik velodistansiyanı 48 dəqiqə 4 saniyəyə qət edib. Nəhayət, yarışların sonuncu mərhələsi - 10 kilometrlik qaçış zolağını idmançımız 30 dəqiqə 9 saniyəlik nəticə ilə başa vurub. Ümumi hesabda R.Pevtsov 1 saat 36 dəqiqə 3 saniyəlik göstərici ilə dördüncü yerdə qərarlaşıb.

Altmış dörd idmançının mübarizə apardığı turnirin qalibi britaniyalı Alister Braunli olub.

Avropa çempionatında çıxış edən yığmamızın digər üzvü Kseniya Levkovskaya isə finişə 23-cü çatıb.

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilən hava şəraiti

Atəşkəs 19 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi