Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Tibb Universitetinin tələbəsi Parisdə keçirilən konqresdə məruzə ilə çıxış edib

news photo

15.07.2019 15:58 // Təhsil

Azərbaycan Tibb Universitetinin I müalicə profilaktika fakültəsinin IV kurs tələbəsi Hafiz Həsənov Parisdə keçirilən “Global Heart Congress”də məruzə ilə çıxış edib və sertifikatla təltif olunub.

Universitetin mətbuat xidmətindən Youthportal.az-a bildiriblər ki, konqresdə kardiologiya sahəsində olan elmi kəşflər və yeni metodlar müzakirə edilib. Toplantıda Braziliya, Yaponiya, İtaliya, Amerika Birləşmiş Ştatları, Türkiyə, Bolqarıstan, Fransa, Belarus, Birləşmiş Ərəb Əmirliklərindən olan həkim və elm adamları kardiologiya sahəsinə dair yeni fikir və ideyalarını paylaşaraq müzakirələr aparıblar.

Konfrans iştirakçıları arasında gələcək elmi işlərin müştərək həyata keçirilməsi məqsədilə əməkdaşlıq əlaqələri qurulub. Konqresdə kardioreabilitasiya, kardiocərrahiyyə, kardioonkologiya, molekulyar kardiologiya, ürək çatışmazlıqları, angioqrafiya, nuklear kardiologiya mövzularını əhatə edən məruzələr dinlənilib.

Digər xəbərlər

Xəbər lenti

Havanın temperaturu 39 dərəcə olacaq

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi