Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Tibb Universitetinin məzunları Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə başlayıblar

news photo

09.10.2019 10:17 // Təhsil

Mərkəzi Gömrük Hospitalının Azərbaycan Tibb Universiteti ilə tələbələrin hospitalda rezidentura keçməsi ilə bağlı imzaladığı müqaviləyə əsasən 7 oktyabr 2019-cu il tarixindən etibarən Azərbaycan Tibb Universitetinin yeddi məzunu Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkimlərinin rəhbərliyi altında rezidentura təhsilinə başlayıblar.

Rezidentlər seçdikləri ixtisasa müvafiq olaraq - Hacı Zakir Rəsulzadə, Aynur Paşayeva, Leyla Əhmədova Ümumi cərrahiyyə şöbəsində t.f.d., ümumi cərrah Dr. Namik Novruzovun, Rəşid Qocabəyov Uşaq cərrahiyyəsi şöbəsində uzman uşaq cərrahı Dr. Vüsal Cəfərovun, Diləfruz Bayramova və Fərhad Həsənli Radiologiya şöbəsinin rəisi, uzman, radioloq Dr. Eldəniz Hüseynovun, Nemət Nemətzadə Kardiologiya şöbəsində invaziv kardioloq Dr. Samir Mustafayevin rəhbərliyi ilə rezudentura təhsili alacaqlar.

Tələbələr Mərkəzi Gömrük Hospitalında yüksəkixtisaslı tanınmış mütəxəssislərin yanında biliklərə yiyələnəcəklər. Rezidenturanın sonunda rezidentlər seçdikləri sahənin tam, yüksək ixtisaslı mütəxəssisləri olacaqlar. Mərkəzi Gömrük Hospitalının baş həkimin müavini Ceyla Əhmədxanova oktyabrın 7-də tələbələrlə görüşərək onları yeni təhsil ili münasibətilə təbrik edib və tövsiyələrini verib.

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalında rezidentura 2018-ci ilin oktyabr ayında yaradılıb. Rezidentura təhsilinin əsas məqsədi ölkəmiz üçün savadlı, bacarıqlı, etibarlı həkimlər hazırlamaq, gələcəyin həkimləri olan bu tələbələri dəstəkləmək, onların bilik və bacarıqlarını təkmilləşdirməkdir.

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi