Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Tibb Universitetində Ulu Öndərin xatirəsi anılıb

news photo

09.12.2019 15:14 // Cəmiyyət

Dekabrın 9-da Azərbaycan Tibb Universitetində (ATU) bu ali təhsil müəssisəsinin professor-müəllim heyətinin iştirakı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Youthportal.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx təqdim edilib.

Tədbirdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışıb.

Unudulmaz şəxsiyyət, dərin zəka sahibi Heydər Əliyevin Azərbaycan elminə və təhsilinə himayədarlıq etdiyini, bu sahədə çalışanlara, xüsusilə səhiyyə işçilərinə həmişə diqqət və qayğı göstərdiyini xatırladan rektor ölkəmizdə səhiyyənin inkişafı və tibb kadrlarının hazırlanmasının məhz Ulu Öndərin adı ilə bağlı olduğunu bildirib.

ATU-nun stomatoloji və onkoloji klinikalarının ümummilli lider Heydər Əliyevin böyük qayğısı sayəsində yaradıldığını diqqətə çatdıran G.Gəraybəyli vurğulayıb ki, onun layiqli davamçısı Prezident İlham Əliyevin dəstəyi ilə inşa olunmuş universitetin çoxprofilli terapevtik və cərrahiyyə klinikaları ən müasir avadanlıqla təchiz olunaraq əhaliyə dünya standartlarına uyğun səviyyədə tibbi xidmət göstərir.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov öz çıxışında qeyd edib ki, ölkəmizdə azərbaycançılıq ideologiyasının formalaşması, Azərbaycanın dinamik və sürətli iqtisadi inkişafını təmin edən neft strategiyasının müəyyənləşdirilməsi və həyata keçirilməsi Heydər Əliyevin müdrikliyi və sarsılmaz iradəsi sayəsində mümkün olub. Azərbaycan bu gün Ümummilli Liderin qurduğu fundament üzərində sürətlə inkişaf edir. Ulu Öndərin müəyyənləşdirdiyi siyasətə bu gün də xalqımız böyük etimad göstərir. Çünki bu siyasət Vətənə və xalqa xidmət edir.

Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsi və dövlət idarəçilik təcrübəsindən danışan Asif Əsgərov müdrik rəhbərin səhiyyə sahəsinin inkişafına xüsusi əhəmiyyət verdiyini, onun dühasının böyüklüyünü, ideyalarının əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu gün Azərbaycanda iqtisadiyyat, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan nailiyyətlər Ulu Öndərin siyasətinin nəticələridir.

Digər çıxış edənlər də Azərbaycan tarixində misilsiz xidmətləri ilə iz buraxmış ulu öndər Heydər Əliyev haqqında söz açaraq onun böyük dövlət xadimi, dünyanın nadir, seçilən siyasət adamı olduğunu vurğulayıblar.

Tədbir ədəbi-bədii hissə ilə davam edib.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi