Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Tibb Universitetində qış imtahan sessiyası davam edir

news photo

08.01.2019 09:43 // Təhsil

Azərbaycan Tibb Universitetində (ATU) 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasına start verilib.

Universitetin mətbuat xidmətindən Youthportal.az-a bildiriblər ki, yanvarın 7-də ATU-nun rektoru, professor Gəray Gəraybəyli imtahanların gedişi ilə maraqlanıb. Rektor tələbələrin imtahanla bağlı fikirlərini öyrənib. G.Gəraybəyli bu imtahanların artıq yeni sistemlə keçirildiyini bildirib: “İndi hər tələbəyə 50 dəqiqə vaxt verilir. Çünki əvvəlki sistem ilk dəfə imtahan verən birinci kurs tələbələri üçün çətin olurdu. İndi isə tələbələr sınaq və aralıq imtahanlarını da bu sistemlə verirlər. Ona görə də hər hansı bir problem yaşanmır. Tələbələrin müraciəti əsasında bəzi fənlər üzrə sualların tərtibatına diqqət artırılacaq. Bununla yanaşı, gələcəkdə nəzarətçilərin videokameralarla əvəzlənməsi məsələsi də müzakirəyə çıxarılacaq”.

Rektor, həmçinin imtahanın təşkilinin texniki tərəfləri ilə də tanış olub. O, bəzi dəyişikliklərin tətbiqi ilə bağlı öz tövsiyələrini verib.

Bu sessiyanın özəlliyi ondan ibarətdir ki, imtahan üçün fakültələrə konkret gün ayrılmayıb. Yəni tələbələr istənilən gün imtahan verə bilirlər.

Qeyd edək ki, dekabrın 29-da başlayan qış imtahan sessiyası fevralın 5-dək davam edəcək. Bu müddət ərzində 7 minə yaxın tələbə imtahan verəcək. Təkcə dekabrın 29-da 4 minə yaxın tələbə imtahanda iştirak edib. Sessiya dövründə üzrlü səbəbdən imtahanda iştirak edə bilməyən tələbələrin sınağa girməsi üçün şərait yaradılacaq. Tələbə kəsildiyi fənnin kreditinin 25 faizini ödəmək şərtilə təkrar imtahan vermək hüququna malikdir. Bu güzəşt hər semestrdə yalnız 2 fənnə aid edilir.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi