Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Texniki və Macarıstanın Debresen universitetləri əməkdaşlıq edəcək

news photo

19.10.2019 11:10 // Təhsil

Oktyabrın 18-də Macarıstanın Debresen Universitetinin Beynəlxalq əlaqələr üzrə direktoru, professor Laszlo Erdey Azərbaycan Texniki Universitetində (AzTU) olub.

AzTU-dan Youthportal.az-a bildirilib ki, qonağı qəbul edən AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov universitetin tarixi, fəaliyyəti, fakültələri və beynəlxalq əlaqələri haqqında məlumat verib.

Professor Laszlo Erdey təmsil etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən və inkişaf mərhələlərindən danışıb. O, AzTU ilə yaxından tanış olduğunu və hər iki universitetdə uyğun ixtisaslar olduğu üçün əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib.

Görüşdə iki universitet arasında əməkdaşlıq sahələri - təhsil, ikili diplom, müəllim-tələbə mübadiləsi, birgə elmi tədqiqat işləri, nəşr, layihələrin həyata keçirilməsi və digər məsələlər müzakirə olunub, əməkdaşlıq barədə ilkin razılıq əldə edilib.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi