Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Texniki və Brandenburq Texniki universitetləri əməkdaşlığa başlayır (FOTO)

news photo

19.11.2019 19:40 // Təhsil

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və robototexnika fakültəsinin dekan əvəzi, dosent Ərəstun Məmmədov, Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının professoru Fariz Əmirov Almaniyanın Brandenburq Texniki Universitetində (BTU) və Çexiyanın Libereç Texniki Universitetində olublar.

AzTU-dan Youthportal.az-a bildirilib ki, Brandenburq Texniki Universitetində keçirilən görüşlərdə ixtisaslaşma üzrə ikili diplom verilməsi ilə nəticələnəcək birgə magistr hazırlığı üçün tədris planının hazırlanması və bu sahədə işlərin daha intensiv davam etdirilməsi haqqında imzalanacaq müqavilənin ilkin razılığı əldə edilib.

Çexiyanın Libereç Texniki Universitetində Maşınqayırma fakültəsinin nəzdində “Skoda” firmasının yaratdığı “UniLab”, fakültənin digər elmi-tədqiqat və tədris laboratoriyaları ilə tanış olan əməkdaşlarımız görüşlər zamanı “Erasmus+” layihəsi çərçivəsində universitetlərarası əməkdaşlıq istiqamətlərini geniş müzakirə ediblər.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi