Azərbaycan Texniki Universitetində YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd olunub

21.11.2019 11:32 // Təhsil
Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 27-ci ildönümü münasibətilə Azərbaycan Texniki Universiteti (AzTU) və YAP Yasamal rayon təşkilatı birgə tədbir keçirib.
AzTU-dan Youthportal.az-a bildirilib ki, tədbirdə çıxış edən rektor, YAP Rəyasət Heyətinin üzvü Vilayət Vəliyev partiya üzvlərini əlamətdar hadisə münasibətilə təbrik edib, partiyanın yaranma tarixi barədə məlumat verib. Bildirib ki, hazırda partiyanın üzvlərinin 40 faizini gənclər təşkil edir. Bu gün ölkədə aparılan siyasətin ən başlıca hədəfi gənclərin həyatda öz layiqli yerlərini tutmasıdır. Bunun da ən vacib istiqaməti təhsildir. Müharibə şəraitində olan ölkədə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə, eləcə də elm və təhsilin inkişafına xüsusi diqqət göstərilməlidir. Vilayət Vəliyev AzTU-nun 50 tələbəsinin torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olduğunu, onlardan 10-nun Milli Qəhrəman adına layiq görüldüyünü xatırladıb. Bildirib ki, Aprel döyüşlərində AzTU-nun 4 məzunu - Müşfiq Orucov, Əbdülməcid Axundov, Mahir Quliyev və Elvin Mirzəyev şəhid olub.
Daha sonra çıxış edən Yasamal rayonu, Hüseyn Cavid 25, ərazi YAP ilk təşkilatının sədri Şikar Qasımov bildirib ki, hazırda partiyanın 750 min üzvü var. O partiyanın fəaliyyətində gənclərin rolunu xüsusi qeyd edib, ölkədə gənclər siyasətinin uğurla aparıldığını diqqətə çatdırıb.
YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Əsmər Nəbiyeva rayonda gənclərlə bağlı aparılan işlərdən danışıb.
YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Yeni Azərbaycan Partiyasının yaranma səbəblərini və həmin dövrün ictimai-siyasi vəziyyəti barədə məlumat verib. Bildirib ki, Azərbaycan 1990-cı illərin əvvəllərində çox çətin vəziyyətdə olub. Belə bir vəziyyətdə Ulu Öndərin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaranması və onun yenidən hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edib. Bu gün ümummilli lider Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi YAP-ın sonrakı inkişafını şərtləndirən əsas amildir.
Tədbirdə AzTU-nun əməkdaşları və tələbələrindən 26 nəfərin YAP üzvlüyünə qəbul olunması ilə bağlı müraciətə baxılıb. Universitetin YAP üzvlüyünə yeni qəbul olan 13 tələbəsinə isə partiya vəsiqələri təqdim olunub.
Digər xəbərlər
“Unudulmayanlar” layihəsi çərçivəsində Xalq artisti Qədir Rüstəmovun xatirəsi anılacaq
05.12.2019 19:41 // Cəmiyyət
Ağır atletika üzrə yığma komandamız İsraildə Avropa birinciliyində iştirak edəcək
05.12.2019 19:26 // İdman
“Culture Guide” mədəniyyət bələdçisinin dekabr nömrəsi çapdan çıxıb
05.12.2019 18:23 // Cəmiyyət
Tokio-2020: İki növ üzrə yarışın başlama vaxtı isti hava şəraitinə görə dəyişdirilib
05.12.2019 18:04 // İdman
“Sosial elmlər” jurnalının ilk buraxılışı nəşr olunub
05.12.2019 17:45 // Təhsil
Rusiyalı bəstəkar Bakıda neoklassik musiqi layihəsini təqdim edəcək
05.12.2019 17:24 // Cəmiyyət
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
05.12.2019 17:01 // İdman
Azərbaycan Kuboku: 1/4 final mərhələsinin ilk oyunlarının proqramı açıqlanıb
05.12.2019 16:30 // İdman
“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək
05.12.2019 16:12 // Təhsil
“Turizm Könüllüləri” Təşkilatı ictimaiyyətə təqdim edilib
05.12.2019 15:57 // Gənclər üçün
Musiqili Teatr “Ər və arvad” tamaşasını yenidən repertuara salıb
05.12.2019 15:10 // Cəmiyyət
Bakı Slavyan Universitetində dəyirmi masa: Abdulla Şaiq bizim mənəvi irsimizdir
05.12.2019 14:56 // Təhsil
Gömrük Akademiyasının tələbəsi: “Fəxr edirəm ki, Gömrük Akademiyasında təhsil almışam”
05.12.2019 14:37 // Təhsil
Formula 1 Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına başlanıb
05.12.2019 14:21 // Gənclər üçün
Sabahın hava proqnozu açıqlanıb
05.12.2019 14:02 // Cəmiyyət
Azərbaycan millisi Ermənistan yığması ilə eyni püşkatma səbətinə düşüb
05.12.2019 13:44 // İdman
Universitetlər magistraturaya qəbulun birmərhələli olmasına razıdırlar - Məleykə Abbaszadə
05.12.2019 13:29 // Təhsil
“İlahiyyatçı” qəzetinin növbəti buraxılışında...
05.12.2019 13:13 // Təhsil
Musiqili Teatrda “Nəsimi” kompozisiyasının təqdimatı keçiriləcək
05.12.2019 12:58 // Cəmiyyət
“Sağlam mühit – sağlam gələcək” layihəsi çərçivəsində təlimlər yekunlaşıb (FOTO)
05.12.2019 12:26 // Təhsil
Azərbaycan Gimnastika Federasiyası bu il də çox maraqlı və gözoxşayan Yeni il şousu vəd edir
05.12.2019 12:10 // İdman
Tələbələrin “səyyar kinoteatr”ı beynəlxalq sərgidə (FOTO)
05.12.2019 11:55 // Təhsil
5 dekabr – Beynəlxalq Könüllülər Günüdür (FOTO)
05.12.2019 11:37 // Gənclər üçün
ADU-da “Bir günlük xəlifə”lər seçilib (FOTO)
05.12.2019 11:24 // Təhsil
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 20 dəfə pozub
05.12.2019 11:09 // Qarabağ
Azərbaycanın U-19 komandası Fransa, Yunanıstan və Moldova yığmaları ilə qarşılaşacaq
05.12.2019 10:50 // İdman
“UNEC Tələbə Teatrı” Türkiyədə səhnəyə çıxacaq
05.12.2019 10:32 // Təhsil
“Avro 2020”nin biletləri satışa çıxarılıb
05.12.2019 10:18 // İdman
İlahiyyat İnstitutunun tələbələrinə “Vikipediya”da yaratdıqları məqalələrə görə təşəkkürnamə və sertifikatlar verilib
05.12.2019 10:01 // Təhsil
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyi qeyd olunacaq
05.12.2019 09:43 // Təhsil