Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Texniki Universitetində məktəblilərin bir günü

news photo

10.01.2020 10:51 // Təhsil

Bakının 165, 259, 275, 319 nömrəli tam orta məktəb şagirdləri ilə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tələbələrinin yanvarın 9-da Azərbaycan Texniki Universitetinə (AzTU) ilk infoturu təşkil edilib.

Universitetdən Youthportal.az-a bildirilib ki, “Açıq qapı” günləri çərçivəsində keçirilən “AzTU-da bir gün” adlı ekskursiyanın məqsədi ali texniki təhsilə marağı artırmaqdır. İnfotur iştirakçılarına AzTU-nun tarixi, karyera imkanları barədə məlumat verilib. 

Məktəblilərə AzTU-da müxtəlif sahələr üzrə aparılan elmi tədqiqatlar, ixtiralar, müasir texnoloji avadanlıq, mühəndislik işləri nümayiş etdirilib.Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev tələbə və şagirdlərlə görüşüb. 

Rektor elmi-texniki inqilablar dövründə texniki universitetlərin üstünlüklərindən danışıb.AzTU-da “Açıq qapı” günləri tədris ilinin sonuna kimi davam edəcək.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozuldu

AzMİU-da Karyera sərgisi təşkil olunub

Qaradağlı faciəsindən 28 il ötür

Mədəni tarixi abidələrimizin təbliği

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi