Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan təlimçilərinin 1-ci Forumu keçiriləcək

news photo

21.05.2018 10:28 // Gənclər üçün

Gənclər üçün Təhsil Mərkəzinin təşəbbüsü ilə Azərbaycanda fəaliyyət göstərən təlimçilərin ilk Forumu keçiriləcək. Bu məqsədlə Forumun Təşkilat Komitəsi yaradılmış, ilkin hazırlıq işlərinə başlanılmışdır.

Təşkilat Komitəsindən Youthportal.az-a verilən məlumata əsasən, cari ilin iyun ayında keçiriləcək  Forumun məqsədi Azərbaycanda müxtəlif sahələrdə təlimçilik işi ilə məşğul olan şəxslərin şəbəkələşməsini təşkil etmək, onlar arasında informasiya və təcrübə mübadiləsinin aparılmasına yardımçı olmaq, habelə təlimçilik işini inkişaf etdirmək üçün birgə strategiya hazırlamaqdır.

Komitədən bildirilib ki, bu gün mövcud təlimçilər pərakəndə fəaliyyət göstərir və onların arasında koordinasiya yoxdur. İstənilən şəxs müxtəlif auditoriyalara daxil olub, özünü təlimçi kimi təqdim edə bilir. Belə olduğu halda, təlimlərin keyfiyyəti aşağı düşür, iştirakçıların qeyri-formal təhsil proqramlarına marağı da azalır. Bu baxımdan keçiriləcək Forum, əlaqəndirmə funksiyası ilə yanaşı, təlimçilərin professionallaşmasına və akreditasiyasına, elmi əsaslarla hazırlanmış metodologiyalardan istifadə edilməsinə, beynəlxalq təcrübənin tətbiq olunmasına və s. yardım edəcək. Bir sözlə, kim professional təlimçi axtaracaqsa, ona yardımçı olunacaq.

Yaxın günlərdə Azərbaycanda fəaliyyət göstərən təlimçilərin məlumat bazasının hazırlanmasına və onlar arasında qiymətləndirmə sorğusunun keçirilməsinə başlanılacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi