Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan tələbələrinin II qurultayı başlayıb

news photo

21.12.2018 10:39 // Təhsil

Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayı başlayıb. 

Youthportal.az xəbər verir ki, tədbiri Təhsil Nazirliyi Gənclər və İdman Nazirliyi ilə birgə keçirir. 

Qurultayda baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, dövlət və hökumət nümayəndələri, deputatlar, ali məktəb rektorları, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və tələbələr iştirak edirlər.və başqaları iştirak edirlər. 

Toplantıda Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın qurultay iştirakçılarına təbrik məktubu oxunub. 

Məktubu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Qeyd edək ki, qurultay Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” çərçivəsində keçirilir.Hazırda Azərbaycanın ali məktəblərində bakalavr səviyyəsində 157 662, magistratura səviyyəsində 13 442, orta ixtisas təhsili müəssisələrində 51 819 tələbə təhsil alır.

Digər xəbərlər

Xəbər lenti

"Təqdimat bacarıqları" təlimi keçiriləcək

Atəşkəs rejimi 24 dəfə pozulub

UEFA yeni topunu təqdim edib

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi