Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının IV hesabat-seçki konfransı keçirilib (FOTO)

news photo

26.12.2018 15:35 // Gənclər üçün

Dekabrın 26-da Bakı Konqres Mərkəzində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) IV hesabat-seçki konfransı keçirilir.

Youthportal.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının himni səsləndirilib.

Konfransda ATGTİ-nin sədri Şahin İsmayılov İttifaqın 2015-2018-ci illərdəki fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. Məruzədə qeyd olunub ki, ölkəmizin yüz ali təhsil müəssisənin tələbə gənclər təşkilatını birləşdirən qurum tələbələrin fəallığının və təşəbbüskarlının artırılması istiqamətində ardıcıl tədbirlər təşkil edib. Hesabat dövründə müxtəlif dövlət və özəl qurumlarla əməkdaşlıq şəraitində bir sıra layihələr həyata keçirilib. ATGTİ-nin üzvləri beynəlxalq tələbə konfranslarında ölkəmizi uğurla təmsil ediblər.

Gənclər və idman naziri Azad Rəhimov hesabat dövrünün tələbə gənclər üçün bir sıra yeniliklər və uğurlarla zəngin olduğunu vurğulayıb. Nazir deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə yetişən tələbələrin sayı az olsa da, onlar ölkəmizin tarixində, dövlətçiliyin qurulmasında, elm, təhsil, mədəniyyət və incəsənət sahələrində silinməz izlər qoyublar. Azərbaycanda savadlı, peşəkar gənclərin yetişməsində, təhsilin inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini xüsusi qeyd edən A.Rəhimov deyib ki, dahi şəxsiyyətin təşəbbüsü ilə ötən əsrin 70-80-cı illərində gənclərimizin SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsi proqramı strateji qərar idi. XX əsrin sonunda bu strategiya Azərbaycanın müstəqilliyinin bərpasında və onun qorunmasında mühüm rol oynayıb.

Nazir deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin inkişaf prinsipinin “qara qızılın insan kapitalı”na çevrilməsi olduğunu bəyan edib. Məhz bu dövrdən etibarən gənc nəslin təhsili, sağlamlığı, təhsil müəssisələrinin, yeni ali məktəblərin yenidən qurulması və s. məsələlərə xüsusi diqqət yetirilməsinə başlanılıb. Bildirilib ki, 2005-ci ildə ali təhsil müəssisələrində yaranan tələbə gənclər təşkilatlarının əsasında 2009-cu ildə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı təsis olunub. Bu gün respublikanın ən böyük gənclər təşkilatı olan İttifaq təkcə nazirliyin dəstəyi ilə 600-dən çox orta və irimiqyaslı layihə həyata keçirib.

Tələbələrin könüllülük fəaliyyətinin mühüm rolunu diqqətə çatdıran nazir bildirib ki, təkcə IV İslam Həmrəyliyi Oyunlarının təşkilində 8 mindən çox könüllü iştirak edib. Nazir onların fəaliyyətinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayaraq, İttifaqa gələcək fəaliyyətində uğurlar arzulayıb.

Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev, Prezident Administrasiyasının əməkdaşı Həmid Nəsirov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək qurumun hesabat dövründəki fəaliyyətini yüksək qiymətləndiriblər.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb, qurumun sədri vəzifəsinə seçkilər keçirilib.

Səsvermə nəticəsində Azərbaycan tələbə Gənclər Təşkilatları İttifaqının sədri vəzifəsinə Faiq Məmmədov seçilib.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi