Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan teatrının 147-ci mövsümünün açılışında “Dəli Domrul” tamaşasının premyerası olacaq

news photo

16.09.2019 16:37 // Cəmiyyət

Azərbaycan peşəkar milli teatrı bu il 147-ci mövsümünə qədəm qoyur. Mövsümün açılış mərasimi sentyabrın 17-də saat 17:00-da Şuşa Dövlət Musiqili Dram Teatrında keçiriləcək.

Youthportal.az xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəhbərliyi və teatr ictimaiyyətinin nümayəndələri iştirak edəcək. Tədbirdə Altay Məmmədovun “Kitabi-Dədə Qorqud” dastanı əsasında yazdığı “Dəli Domrul” pyesi üzrə tamaşanın premyerası olacaq.

Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, rejissor assistenti Zəhra Salayeva, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Rolları Məmməd  Məmmədov, Püstəxanım Zeynalova, Zəhra Salayeva, Mobil Qurbanov, Hamlet Qənbərov, Emin Sevdiməliyev və Əməkdar artist Azad Məmmədov ifa edirlər.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Şuşa Dövlət Musiqili Dram Teatrının binası əsaslı şəkildə təmir olunaraq 24 dekabr 2018-ci il tarixində kollektivin ixtiyarına verilib. 147-ci mövsümün açılışı, həm də Şuşa teatrının öz binasında ilk yeni mövsümünün açılışı kimi əlamətdar olacaq.

 

Digər xəbərlər

Xəbər lenti

Ucarda layihənin təqdimatı keçirildi (FOTO)

Sumqayıtda fləşmob:Biz müstəqilik

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi