Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan taekvondoçusu dünya çempionu olub

news photo

18.05.2015 11:36 // İdman

Rusiyanın Çelyabinsk şəhərində keçirilən dünya çempionatında Azərbaycan taekvondoçusu Radik İsayev qızıl medal qazanıb.

87 kq. çəki dərəcəsində çıxış edən 26 yaşlı idmançı ilk 3 görüşündə Banqladeş, Taypey və Fransa təmsilçilərini üstələyib.

Finala gedən yolda R.İsayev kubalı Rafael Kastilyonu 7:6 hesabı ilə yenib. Həlledici qarşılaşmada isə o, özbək Cəsur Baykuziyevi məğlubiyyətə uğradıb - 5:4. Bununla da R.İsayev Azərbaycan Taekvondo Federasiyasının 14 illik dünya çempionluğu həsrətinə son qoyub. Daha öncə bu uğura 2001-ci ildə 68 kq. çəki dərəcəsində Niyaməddin Paşayev imza atıb.

Qeyd edək ki, bu, bu, Çelyabinskdəki dünya çempionatında Azərbaycan millisinin ilk medalı olub. Yarışa mayın 18-də yekun vurulacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilən hava proqnozu

Sabah hava buludlu olacaq

Atəşkəs rejimi 23 dəfə pozulub

Sabah qar yağacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi