Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan taekvondoçuları Yaponiya Qran-Prisində səkkiz idmançı ilə təmsil olunacaqlar

news photo

10.09.2019 17:21 // İdman

Azərbaycanın taekvondo üzrə milli komandası Qran-Pri turnirində iştirak etmək üçün Yaponiyaya yollanıb.

Youthportal.az xəbər verir ki, komandamız sentyabrın 13-15-də bu ölkədə təşkil ediləcək G4 kateqoriyalı turnirə səkkiz idmançı ilə qatılacaq.

Millinin heyətində Qaşım Maqomedov (58 kq), Məhəmməd Məmmədov, Cavad Ağayev (hər ikisi 68 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov və Radik İsayev (80 kq yuxarı) yer alıb.

Qadınlardan isə ölkəmizi Fəridə Əzizova (67 kq) və Patimat Abakarova (49 kq) təmsil edəcəklər. Yığmamız turnirə baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi ilə qatılacaq.

Növbəti Qran-Pri yarışları oktyabrın 18-20-də Bolqarıstanın paytaxtı Sofiyada, final mərhələsi isə dekabrın 6-7-də Moskvada keçiriləcək.

Turnirin qalibi aktivinə 40 reytinq xalı əlavə edəcək.

Taekvondoçularımız Vətənə sentyabrın 17-də qayıdacaqlar.

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi