Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan sumoçusu Avropa kuboku turnirində qızıl medal qazanıb

news photo

11.11.2019 10:39 // İdman

Azərbaycan idmançısı Camal Feyziyev Rusiyanın Dzerjinsk şəhərində sumo üzrə Avropa kuboku turnirində qızıl medal qazanıb.

Youthportal.az xəbər verir ki, 115 kilodan yuxarı çəki dərəcəsində mübarizə aparan sumoçumuz birinci və ikinci görüşdə rusiyalı idmançıları məğlub edərək finala vəsiqə qazanıb. C.Feyziyev final mərhələsində Ukrayna təmsilçisini üstələyərək Azərbaycan bayrağını zirvələrə yüksəldib.

Qeyd edək ki, sumoçumuz turnirdə Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayevin rəhbərliyi altında mübarizə aparıb.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi