Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Skautlar Assosiasiyasına yeni sədr seçilib

news photo

04.01.2019 12:26 // Gənclər üçün

Azərbaycan Skautlar Assosiasiyasının növbəti VII qurultayı keçirilib.

Assosiasiyadan Youthportal.az-a bildiriblər ki, qurultay çərçivəsində təşkilatın üçillik fəaliyyəti barədə hesabat və maliyyə hesabatı dinlənilib, gələcək inkişafa yönəlmiş bir sıra yeniliklər təqdim edilib.

Sonra qurultay komitə üzvlərini seçib. Milli komitənin yeni tərkibində Emin Babayev, Zamin Məmmədov, Xəqani Məmmədov, Hüseyn Hüseynov, Rüfət Əsədzadə, Orxan Nuri və Ülkər Xanlarova yer alıblar. Emin Babayev Azərbaycan Skautlar Assosiasiyasının yeni sədri seçilib. O, 2019-2021-ci illərdə təşkilata rəhbərlik edəcək.

Rüfət Vəlizadə, Vüsal Məhərrəmov və Tuncay Alkiraz isə auditorlar komissiyasının üzvləri seçiliblər.

Qurultayda, həmçinin qarşıdakı dövr üçün strateji fəaliyyət planı qəbul edilib.

Digər xəbərlər

Xəbər lenti

İki əsrin hekayələri

Hindistan kosmosa robot göndərəcək

Atəşkəs 30 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi