Ru
Bakı
USD
EUR
GBP
RUB

“Azərbaycan şərqşünaslığı” jurnalının növbəti nömrəsi çapdan çıxıb

news photo

24.12.2018 17:25 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının növbəti nömrəsi çapdan çıxıb.

İnstitutdan Youthportal.az-a bildiriblər ki, jurnalda ilk olaraq Şərqşünaslıq İnstitutunun əməkdaşlarına fəxri adlar, orden və medallar verilməsinə dair Prezident İlham Əliyevin müvafiq sərəncamları dərc olunub. Sonra akademik Gövhər Baxşəliyevanın bu yaxınlarda 60 illik yubileyini qeyd etmiş Şərqşünaslıq İnstitutunun keçdiyi şərəfli yoldan bəhs edən “60 ilin elm ocağı” məqaləsi təqdim edilib.

Jurnalda “Osmanlı təhrir dəftərlərinin Azərbaycanın orta əsrlər sosial-iqtisadi tarixinin öyrənilməsində önəmi”, “Azərbaycan mühacirlərinin matəm günü”, “Şərq dillərinin son 10 ildə öyrənilməsinə dair”, “Azərbaycan və türkmən dillərində feli sifətlərə dilçilərin nəzəri baxışları və feli sifətlərin sintaksisdəki yeri”, “Erkən İslam tarixindən bəzi məqamlar”, “Çinin qloballaşma dövründə Asiya-Sakit Okean regionunda rolu” və digər məqalələrlə tanış olmaq olar.

Yeni nömrədə, həmçinin Tacikistan Respublikası barədə məqalə, akademik Gövhər Baxşəliyevanın Birləşmiş Ərəb Əmirliklərində nəşr olunan “Əl-fəcr” qəzetində dərc edilmiş müsahibəsi, Şərqşünaslıq İnstitutunda son aylarda çap olunan kitablar və keçirilən tədbirlər barədə məlumat verilir.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Atəşkəs 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi