Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan şahmatçısı “Open A” turnirində liderliyə yüksəlib

news photo

08.07.2019 16:45 // İdman

Azərbaycan şahmatçıları Serbiyada keçirilən “Open A” turnirində liderlər qrupunda çıxışlarını uğurla davam etdirirlər.

Youthportal.az xəbər verir ki, üç turda qələbə qazanan Vüqar Əsədli turnir cədvəlində liderliyə yüksəlib. Bütün görüşləri qələbə ilə başa vuran daha bir təmsilçimiz - Nail Bəşirli isə əlavə göstəricilərə görə beşinci pillədədir. Digər şahmatçılarımızdan Abdulla Qədimbəyli və Mustafa Məmmədov isə iki xal toplayıblar.

Yarışda 32 ölkədən 166 şahmatçı iştirak edir. İsveçrə sistemi üzrə keçirilən turnirə iyulun 12-də yekun vurulacaq.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi