Ru
Bakı
USD
EUR
GBP
RUB

“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub

news photo

16.08.2019 13:18 // Cəmiyyət

Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyinə həsr olunmuş bayram tədbirləri davam edir.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Youthportal.az-a bildiriblər ki, yubiley münasibətilə Azərbaycan kino sənətinin canlı əfsanəsi, Xalq artisti, kino¬rejissor Eldar Quliyev “Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” adlı sənədli film çəkib. Film Azərbaycan sərhədçilərinin bir əsrlik tarixini əhatə edir.

Dövlət Sərhəd Xidmətinin aparatında sənədli filmin təqdimatı keçirilib.

Zamanında dahi öndər Heydər Əliyevin, hazırda isə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində dövlət sərhədlərinin etibarlı mühafizəsində əldə olunmuş xidməti nailiyyətlərdən, Azərbaycan sərhədçilərinin gündəlik fədakar xidmətindən bəhs edən sənədli film böyük maraqla izlənilib.

Filmin nümayişindən sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev kinorejissor Eldar Quliyevi “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif edib, filmin yaradıcı heyətinə minnətdarlığını bildirib.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi