Ru
Bakı
USD
EUR
GBP
RUB

“Azərbaycan riyaziyyatçıları” kitabı nəşr olunub

news photo

09.09.2019 19:47 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun müəllifi olduğu “Azərbaycan riyaziyyatçıları” ensiklopedik soraq kitabı nəşr olunub.

İnstitutdan Youthportal.az-a bildiriblər ki, kitab 496 səhifədən ibarətdir. Nəşrdə 12 akademik, AMEA-nın 14 müxbir üzvü, 177 elmlər doktoru və professor haqqında məlumat verilib.

Kitabın elmi redaktoru Xəzər Universitetinin rektoru, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Hamlet İsaxanlıdır.

Oxuculara təqdim olunan “Azərbaycan riyaziyyatçıları” kitabında qədim dövrdən indiyədək Azərbaycanda riyaziyyat elminin inkişafında xidmətləri olmuş alimlər haqqında biblioqrafik məlumat verilib. Kitabda dünya elm xəzinəsinə misilsiz töhfələr vermiş, orta əsrlərin böyük ensiklopedik azərbaycanlı alimi Nəsirəddin Tusi, ondan əvvəlki elmi mühitin formalaşma mərhələləri, Tusinin sələfləri və xələfləri, XX-XXI əsrlərdə ölkəmizdə riyaziyyatın inkişafında mühüm rolu olmuş AMEA-nın akademikləri, müxbir üzvləri, riyaziyyat üzrə elmlər doktoru və professorlar haqqında ensiklopedik məlumatlar xronoloji ardıcıllıqla şərh olunub.

Kitab riyaziyyatın tarixi ilə məşğul olan alimlər, riyaziyyat müəllimləri, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 22 dəfə pozulub

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi