Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan rəssamlarının “Respublika satış sərgisi” təşkil ediləcək

news photo

11.06.2019 15:08 // Cəmiyyət

İyunun 14-də “Baku Crystall Hall”da Mədəniyyət Nazirliyi, Dövlət Rəsm Qalereyası və Rəssamlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan rəssamlarının “Respublika satış sərgisi” keçiriləcək.

Youthportal.az xəbər verir ki, sərgi bu il martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın görkəmli mədəniyyət xadimlərinin bir qrupu ilə görüşündə SSRİ Xalq rəssamı Tahir Salahovun irəli sürdüyü ümumrespublika təsviri sənət sərgisinin keçirilməsi təklifi əsasında həyata keçirilir.

Tədbirdə əsas məqsəd özünəməxsus tarixə və ənənələrinə malik olan Azərbaycan incəsənətinin bugünkü səviyyəsini ən qiymətli sənət nümunələri əsasında sərgiləməkdən ibarətdir.

Sərgidə Azərbaycanın tanınmış rəssamları ilə yanaşı, orta və gənc nəsil, həmçinin regionlarda yaşayan istedadlı rəssamların rəngkarlıq, qrafika, heykəltəraşlıq əsərlərinin nümayişi nəzərdə tutulur.

Ekspozisiyada XX əsrin 90-cı illərində müstəqilliyimiz şəraitində milli mədəniyyətin, o cümlədən təsviri sənətin inkişafında yer tutmuş sənətkarların yaradıcılığı ilə bərabər romantik əsərlər, Azərbaycan folkloru və miniatürlə bağlı dekorasiyalar, divar rəsmləri və illüstrasiyalar, portret silsilələri öz əksini tapacaq.

Qeyd edək ki, iyunun 28-dək davam edəcək sərgiyə giriş sərbəstdir.

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi