Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Respublikasının xarici dövlət borcu azalıb

news photo

15.03.2019 09:57 // İqtisadiyyat

Bu il yanvarın 1-nə Azərbaycan Respublikasının xarici dövlət borcu 8,927.1 milyon ABŞ dolları (15,176.0 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19.0 faiz (2018-ci il üçün hesablanmış 79,797.30 milyon manat ÜDM-ә nisbətdə) təşkil edib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən YouthPortal-a bildirilib ki, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

Digər xəbərlər

Xəbər lenti

Bakıda ilk dəfə “Port Festival” keçirilir

“Almaz” nümayiş ediləcək (FOTO)

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi