Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

news photo

13.12.2018 15:02 // Gənclər üçün

13 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında “Davamlı İnkişaf üzrə Gənclərin Tədqiqat və Təlim Mərkəzi”nin yaradılması haqqında Əməkdaşlıq Memorandumu imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərəcək Mərkəzin əsas məqsədi davamlı inkişaf sahəsi, xüsusilə Dayanıqlı İnkişaf Məqsədləri mövzusu ətrafında gənclər arasında tədqiqat fəaliyyətinin təşviqi, ardıcıl və məqsədyönlü formada təşkili, idarə edilməsi və istiqamətləndirilməsi olacaqdır.

Rektor, akademik Urxan Ələkbərov ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyalarının nəzəri əsaslarının işlənilməsi, onların təcrübədə tətbiqindən danışdı. Akademik U.Ələkbərov Azərbaycan Respublikasında davamlı inklüziv inkişaf sahəsində ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi strategiyanın əhəmiyyətindən söz açdı, dövlət siyasətinin yüksək peşəkarlıqla planlaşdırılmasının və idarə edilməsinin innovativ idarəetmə texnologiyaları kompleksinin tətbiqi ilə bağlı olduğunu qeyd etdi. Akademik əldə edilən uğurların əsasında idarəetmə sahəsi üçün mühüm olan sinergetik, komplimentar və kompensasion texnologiyaların xüsusi yer tutduğunu vurğuladı. Rektor ölkənin innovativ inkişafının əsası kimi insan potensialının formalaşdırılması konsepsiyasının reallaşdırılmasında ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezindenti Mehriban xanım Əliyevanın milli və beynəlxalq səviyyələrdə fəaliyyətini, ölkənin innovativ tərəqqisinə əvəzsiz töhfə olduğu diqqətə çatdırdı. Bütün bu fəaliyyətin əsasında gənc kadrların, ölkə gəncliyinin fəaliyyətinə diqqət çəkdi, gənclərin potensialının idarəedilməsinin əhəmiyyətini qeyd etdi.

Akademik Urxan Ələkbərov DİA-da açılacaq mərkəzin hazırda dünyada aparıcı mövzulardan biri olan davamlı inkişaf üzrə Azərbaycan gənclərinin bilik və bacarıqlarını artırmasına böyük töhvə verəcəyini vurğuladı. Qeyd olundu ki, artıq bir neçə ildir ki, Dövlət İdarəçilik Akademiyasında davamlı inkişaf üzrə dərslər keçirilir. Yeni açılacaq Mərkəz də öz növbəsində gənclər üçün yeni tədqiqat imkanları yaradacaq, onları qlobal məqsədlərə dəstək olmağa ruhlandıracaq.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov, 2015-ci ilin sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul olunmuş Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycan Respublikasında reallaşdırılması istiqamətindən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının səmərəli əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 06 oktyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradıldığını xatırlatdı.Qeyd olundu ki, 2030-cu ilədək icrası nəzərdə tutulan bu qlobal məqsədlər, xüsusilə gənclər üçün böyük əhəmiyyət kəsb edir. Bildirildi ki, Azərbaycanda DİM-lərə nail olmaqda gənclərin iştirakının təşviqi məqsədilə Gənclər və İdman Nazirliyinin BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni əsasların yaradılması” layihəsi çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər” seçilmişdir.

Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalandı.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Atəşkəs 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi