Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 100-dən çox gənclər təşkilatlarının V Respublika sərgisi keçiriləcək

news photo

12.11.2018 13:10 // Gənclər üçün

Gənclər təşkilatlarının V Respublika sərgisində təşkilatlar üçün  özlərini təqdim etmək, nailiyyət və imkanlarını nümayiş etdirmək, təcrübə mübadiləsi aparmaq və ictimai əlaqələri genişləndirmək üçün gözəl imkan yaranacaq. Sərgi ziyarətçiləri müasir gənclərin həyatında yer alan yeni layihə və istiqamətlər haqqında məlumat toplaya biləcəklər.   

Sərgi çərçivəsində müxtəlif mövzular üzrə gənclər üçün  təlimlər və maarifləndirici tədbirlərin keçirilməsi də nəzərdə tutulub. Gənclər təşkilatları ilə yanaşı gənclər evlərinin də sərgidə  iştirakı nəzərdə tutulub.

Gənclər və idman naziri Azad Rəhimov, PA rəsmiləri, Milli Məclisin komitə sədrləri, deputatlar, nazirlər və rəsmilər də sərgidə iştirak edəcəklər.

Sərgi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.4-cü yarımbəndinin (Gənclər təşkilatlarının fəaliyyətinin təşviq edilməsi, onların həyata keçirdikləri layihə və tədbirlər haqqında cəmiyyətin məlumatlandırılması və gənclərin ictimai fəaliyyətə cəlb olunmalarının stimullaşdırılması məqsədi ilə sərgilərin təşkil edilməsi) icrası məqsədilə təşkil edilir.

Digər xəbərlər

Xəbər lenti

Ətrafa dağılan obyektləri yığan robot

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi