Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Qran Prisinin biletlərinə endirim tətbiq olunub

news photo

17.10.2018 11:36 // Formula 1

2019-cu il "Formula-1" üzrə Azərbaycan Qran Prisi üçün biletlər ilkin endirimlə satışa çıxarılıb.

Youthportal.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim bildirib.

Onun sözlərinə görə, biletlər 1 yanvar 2019-cu ilədək 20 faiz endirimlə satışa çıxarılıb. Bundan əlavə, sırf yerli sakinlərə 25 faiz endirim tətbiq edilib.

İlkin endirim kampaniyası dövründə yerli sakinlər üçün 4 günlük biletlərin qiyməti tribunalardan asılı olaraq, 190 - 660 manatdır. Azyaşlılar üçün bu rəqəm 130 - 470 manat təşkil edir.

Ayaqüstü zonalar üçün biletlərin qiyməti isə 80 - 160 manatdır.

Qeyd edək ki, 2019-cu il Azərbaycan Qran Prisi 26 - 28 apreldə təşkil olunacaq.

Digər xəbərlər

Xəbər lenti

Təmas xəttində nisbi sakitlik olub

UFAZ-ın 10 tələbəsi ilk 100-lükdə

Sabahın havası - İstilər davam edir

Bitkoinin qiyməti 11 min dolları keçib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi