Ru
Bakı
USD
EUR
GBP
RUB

“Azərbaycan qadınları elmdə” mövzusunda tədbir keçirilib

news photo

14.06.2019 13:48 // Təhsil

İyunun 14-də Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun (AKİ) Qadınlar Şurasının təşkilatçılığı ilə “Azərbaycan qadınları elmdə” mövzusunda tədbir keçirilib.

AKİ-nin aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayev Youthportal.az-a bildirib ki, tədbirdə şuranın sədri, texnika elmləri doktoru, professor Həqiqət Cavadova “Azərbaycanın görkəmli qadınları” mövzusunda məruzə edib. Məruzəçi elmin müxtəlif sahələrində çalışmış görkəmli xanım alimlərdən, onların keçdiyi yoldan, əldə etdiyi nailiyyətlərdən və dünya elminə, o cümlədən Azərbaycan elminə verdikləri töhfələrdən söz açıb, fikirlərini faktlarla izah edib.

Tədbirdə çıxış edənlər məruzə ətrafında öz rəy və fikirlərini bölüşüblər.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi