Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Premyer Liqasının üçüncü turunun oyun cədvəli məlum olub

news photo

23.08.2019 15:39 // İdman

Futbol üzrə Azərbaycan Premyer Liqasının üçüncü turunun oyun cədvəli məlum olub.

Youthportal.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, üçüncü tur iki günü əhatə edəcək.

Tura avqustun 31-də “Qəbələ”–“Keşlə” oyunu ilə start veriləcək. Günün ikinci oyunu isə “Zirə” və “Sabah” komandalar arasında baş tutacaq.

Sentyabrın 1-də iki oyun ilə Premyer Liqanın üçüncü turuna yekun vurulacaq. Günün birinci oyununda “Neftçi” və “Sumqayıt” üz-üzə gələcəklər. Turun mərkəzi və sonuncu qarşılaşması isə “Səbail” və “Qarabağ” klubları arasında olacaq.

Qeyd edək ki, “Qəbələ”–“Keşlə” oyunu saat 18:30-da, “Zirə”–“Sabah” 20:30-da, “Neftçi”–“Sumqayıt” 19:00-da, “Səbail”-“Qarabağ” qarşılaşması isə 21:00-da başlayacaq.

Turun bütün oyunları “CBC Sport” kanalında canlı yayımlanacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

İlahiyyat İnstitutunda seminar(FOTO)

“Məktəb seminarları” davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi