Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Premyer Liqasının ikinci turuna hakim təyinatları açıqlanıb

news photo

22.08.2019 15:44 // İdman

Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turuna hakim təyinatları açıqlanıb.

Youthportal.az Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, avqustun 24-də keçiriləcək “Sumqayıt”–“Səbail” oyununu Vüqar Həsənli idarə edəcək.

Avqustun 25-də baş tutacaq “Sabah”–“Keşlə” matçına əsas referi Səbuhi Bayramov təyin olunub. Həmin gün keçiriləcək “Qarabağ”–“Qəbələ” oyununa İnqilab Məmmədov təyinat alıb.

Turun sonuncu görüşü “Neftçi”–“Sabah” qarşılaşmasında baş hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. Həmin görüş avqustun 26-da baş tutacaq.

“Keşlə”–“Qarabağ”, “Qəbələ”–“Sumqayıt” oyunları saat 19:00-da, “Səbail”–“Zirə” və “Neftçi”-“Sabah” qarşılaşmaları isə saat 20:00-da başlayacaq.

Turun bütün görüşləri “CBC Sport” kanalında canlı yayımlanacaq.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi