Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Premyer Liqasının açılış oyunu təxirə salınacaq

news photo

08.08.2018 11:27 // Qarabağ

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümünə avqustun 10-da start verilməyəcək.

Youthportal.az xəbər verir ki, həmin gün "Qarabağ" və "Zirə" komandaları arasında keçirilməsi nəzərdə tutulan start oyunu təxirə salınacaq. Bu, Ağdam təmsilçisinin Çempionlar Liqasında Belarus BATE-si ilə keçirəcəyi III təsnifat mərhələsinin cavab görüşünə daha yaxşı hazırlaşmaq istəyi ilə əlaqədardır. Bu barədə baş məşqçi Qurban Qurbanov Bakıdakı ilk matçdan sonrakı mətbuat konfransında açıqlama verib: "Açığı, öncədən belə fikirim yox idi. Qərarı bu görüşdən sonra verdik. Peşəkar Futbol Liqası və "Zirə”dən xahiş edəcəyik ki, matçın təxirə salınmasına razılıq versinlər".

Daha əvvəl BATE-nin avrokuboklardakı oyunları ilə əlaqədar Belarus Kubokunda "Qorodeya" ilə 1/8 final matçını noyabrın 17-nə, ölkə çempionatında isə Brest "Dinamo"su ilə XVIII tur qarşılaşması oktyabrın 31-nə təxirə salınıb.

Qeyd edək ki, "Qarabağ" - "Zirə" matçı təxirə salınsa, açılış oyunu avqustun 11-də "Dalğa Arena"da "Sumqayıt" və "Neftçi" komandaları arasında keçiriləcək. Görüş saat 20:00-da başlanacaq. Bu matçın "Kapital Bank Arena"da baş tutmamasını səbəbi Sumqayıtdakı stadionun təmirə bağlanmasıdır. Avqustun 12-də əvvəlcə "Qəbələ" "Səbail"i qəbul edəcək. Qəbələ şəhər stadionundakı görüş saat 19:00-da başlanacaq. Saat 21:00-da isə "Keşlə" "ASK Arena"da "Sabah"ı sınağa çəkəcək. 

Digər xəbərlər

Xəbər lenti

“Qobustan-tarixinin daş yaddaşı”

"Sevil" operası nümayiş olunacaq

Dumanlı hava şəraiti hökm sürəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi