Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Premyer Liqasında 11-ci turun oyun cədvəli açıqlanıb

news photo

05.11.2019 12:57 // İdman

Futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci turun oyun cədvəli açıqlanıb.

Youthportal.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, iki günü əhatə edəcək tura noyabrın 9-da Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ”–“Səbail” oyunu ilə start veriləcək. Həmin gün baş tutacaq “Keşlə”–“Neftçi” oyunu isə “ASCO Arena”da təşkil olunacaq.

Tura noyabrın 5-də keçiriləcək iki oyunu ilə yekun vurulacaq. Günün ilk qarşılaşmasında “Sabah” komandası “Sumqayıt” ilə üz-üzə gələcək. Matç “Bank Respublika Arena”da keçiriləcək. Turun yekun qarşılaşması son çempion “Qarabağ” və “Zirə” komandaları arasında oynanılacaq. Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

On turdan sonra turnir cədvəlinə 26 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 18 xal olan “Neftçi” ikinci, 16 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Səbail” (11), “Sumqayıt” (11), “Zirə” (10), “Sabah” (10) və “Qəbələ” (6) yer alıblar.

Digər xəbərlər

Xəbər lenti

Auditorlar Palatası imtahan keçirəcək

Məktəbdən peşəyə (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi