Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Paris Sülh Forumunda təmsil olunacaq

news photo

10.11.2018 10:12 // Siyasət

Birinci Dünya müharibəsi qələbəsinin 100 illiyi çərçivəsində noyabrın 11-dən 13-dək 1-ci Paris Sülh Forumu keçiriləcək. 

Youthportal.az xəbər verir ki, Sülh Forumunda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq. Sülh Forumunda dünyanın yaxşı idarə edilməsinə dair 120 təşəbbüs və layihədə, sülh və təhlükəsizlik, ətraf mühit, inkişaf, yeni texnologiyalar və inklüziv iqtisadiyyat kimi 5 əsas istiqamətdə müzakirələr aparılacaq. Təqdimatlardan seçilən 10 layihəyə 2019-cu ilin noyabrında keçiriləcək 2-ci Foruma qədər xüsusi dəstək veriləcək. Bildirilir ki, Sülh Forumu beynəlxalq məsələlərin həlli üçün xüsusi platforma olacaq. Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Paris Sülh Forumu təşəbbüsünü irəli sürüb.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi