Ru
Bakı
USD
EUR
GBP
RUB

“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” jurnalının növbəti nömrəsi çapdan çıxıb

news photo

26.12.2018 16:44 // Təhsil

“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” beynəlxalq elmi-texniki jurnalın 2018-ci ilin oktyabr-dekabr aylarını əhatə edən növbəti nömrəsi (cild 10. №4,) çapdan çıxıb.

Youthportal.az xəbər verir ki, Azərbaycan, ingilis və rus dillərində nəşr olunan jurnalın baş redaktoru akademik Arif Paşayev, baş redaktorun müavini akademik Əhəd Canəhmədovdur.

Nəşrin yeni nömrəsi Ə.Canəhmədov, A.Volçenko, E.Pirverdiyev, D.Juravlyov, A.Voznı və V.Vitviskinin birgə müəllifi olduqları “Nəqliyyat vasitələrinin disk-kündəli əyləclərinin sürtünmə cütlərinin hesablanması və layihələndirilməsi” sərlövhəli məqaləsinin birinci hissəsi ilə açılır. “Mexanika və maşınqayırma” bölməsində dərc edilmiş bu məqalədə müxtəlif disk tiplərinin istilik balansı və nəqliyyat vasitəsinin disk-kündəli əyləcinin sürtünmə cüt materiallarının düzgün seçimi üçün onların konstruktiv parametrlərinin proqnozlaşdırılması məsələləri təhlil olunub.

Jurnalda “Mexanika və maşınqayırma” bölməsi ilə yanaşı, “Neft və qaz”, “Neft-kimya texnologiyası”, “İqtisadiyyat”, “Geologiya”, “Ekologiya” bölmələrində də maraqlı elmi yazılar yer alıb. Bu nömrədə, həmçinin nəşrin 10-cu cildinin (yanvar-dekabr 2018-ci il) mündəricatı verilib.

Qeyd edək ki, jurnal 2009-cu ilin noyabrından ildə 4 dəfə nəşr olunur. Jurnalın məqsədi oxucuya elmi yeniliklərin çatdırılması ilə yanaşı, Azərbaycan elm və texnikasının dünya elminə inteqrasiya etməsinə yardım göstərməkdir. “Rusiyanın elmi sitat indeksləşməsi” (RESİ) layihəsinə daxil edilən jurnal, eyni zamanda, qabaqcıl elm, texnika və texnologiyanın nəticələrini inkişaf etdirməyə və ondan istifadəyə, işlərin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsinə, yaradıcı təşəbbüskarlığın artırılmasına, qüvvələrin təmərküzləşməsinə kömək məqsədi daşıyır.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi