Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan müğənnisi Soçidə keçiriləcək beynəlxalq müsabiqədə iştirak edəcək

news photo

17.08.2019 10:38 // Cəmiyyət

Soçidə keçiriləcək “Novaya volna-2019” beynəlxalq müsabiqəsinin finalına 11 ölkədən musiqiçilər gələcək. Gənc ifaçıların bu beynəlxalq müsabiqəsi avqustun 24-dən 29-dək həmin kurort şəhərində təşkil ediləcək.

Youthportal.az Rusiya KİV-nə istinadla xəbər verir ki, beynəlxalq müsabiqədə Azərbaycan, Albaniya, İspaniya, İtaliya, Kuba, Latviya, Moldova, ABŞ, Ukrayna və Ermənistandan musiqiçilər iştirak edəcəklər. Azərbaycanı bu tədbirdə müğənni Aisel təmsil edəcək.

“Novaya volna-2019” beynəlxalq müsabiqəsi Olimpiya parkının ərazisindəki New Wave Hall səhnəsində təşkil olunacaq. Finalçıların ifasını İqor Nikolayev, Filip Kirkorov, Sergey Lazarev, Anjelika Varum, Leonid Aqutin və digər tanınmış artistlər qiymətləndirəcəklər. Jürinin başçısı isə Rusiyanın Xalq artisti, prodüser və bəstəkar İqor Krutoy olacaq.

Avqustun 18-də Rusiya Rəssamlar İttifaqının üzvü, heykəltəraş Vyaçeslav Zvonovun rəhbərliyi altında “Novaya volna” barelyefinin hazırlanması mərasimi keçiriləcək. Bürüncdən töküləcək yeni barelyefin qoyulması ilə bağlı təntənəli mərasim isə avqustun 29-da baş tutacaq. Bu mərasim müsabiqənin ənənələrindən biridir və ilk dəfə 2010-cu ildə “Çaşa mira” beynəlxalq təşkilatının iştirakı ilə təşkil olunub.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 22 dəfə pozulub

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi