Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan millisi Moskva "Spartak"ı ilə qarşılaşacaq

news photo

17.01.2019 16:17 // Cəmiyyət

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında bir yoxlama oyunu keçirəcək.

Bu barədə Youthportal.az-a yığmanın məşqçisi Elbrus Məmmədov məlumat verib. O, bildirib ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv hazırlıq prosesi çərçivəsində Rusiya "Spartak"ının əvəzedici komandası ilə üz-üzə gələcək. Oyun yanvarın 24-də Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycanın U-21 yığmasının təlim məşq toplanışı yanvarın 21-dən 24-dək davam edəcək. 

Digər xəbərlər

Xəbər lenti

UFAZ-ın 10 tələbəsi ilk 100-lükdə

Sabahın havası - İstilər davam edir

Bitkoinin qiyməti 11 min dolları keçib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi